Azərbaycan bütün Dağlıq Qarabağ üzərində tam və yekun nəzarətə nail olacaq...

Siyasət 11:55 28.09.2021

44 günlük ikinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı beynəlxalq ekspertlər və analitiklər, nüfuzlu KİV-lər regionda Azərbaycanın qələbəsindən sonra yaranmış yeni vəziyyəti təhlil edirlər.

EDNews.net virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyadakı strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktoru Ruslan Puxov özünün “Kommersant” qəzetində dərc edilmiş məqaləsində müharibənin Cənubi Qafqazda siyasi və hərbi balansı kökündən dəyişdirdiyini yazır. Xatırladaq ki, bu günlərdə həmin mərkəz Qarabağ müharibəsinin gedişi və siyasi, geosiyasi nəticələri barədə  Ruslan Puxovun redaktəsi ilə “Qafqazda fırtına” adlı kitab nəşr etdirmişdi. Bu kitabdan xülasələrlə virtualaz.org oxucuları artıq tanışdır.

Ruslan Puxov qeyd edir ki, müharibə Türkiyənin regional nəhəng dövlət kimi nüfuzunun daha da artmasına, Rusiyanın Cənubi Qafqazda nüfuzunun hüdudlarının müəyyənləşdirilməsinə, ABŞ və Avropa İttifaqı ölkələrinin postsovet məkanının bu hissəsinə real marağının dərəcəsinin aydınlaşmasına gətirib çıxardı.

“Azərbaycanın havada pilotsuz aparatların və zərbə dronlarının köməyi ilə hökmranlıq əldə etməsi nəinki müharibənin gedişatını müəyyən edən başlıca amillərdən biri oldu, eyni zamanda bu miqyasda silahlı münaqişələr üçün hərb sənətinin sonrakı inkişafını müəyyən etdi”, - müəllif yazır.

Ruslan Puxova görə, 26 il “dondurulmuş” vəziyyətdə qalandan sonra Ermənistan-Azərbaycan münaqişəsinin bu cür sürətlə və güclü şəkildə yenidən başlaması Qarabağdakı indiki vəziyyətin dayanıqlı olmayacağını deməyə əsas verir. “Bir halda ki, belədir, o zaman nəinki müharibənin dərslərini nəzərə almaq, eyni zamanda onun yaratdığı dinamikanı izləmək lazımdır”, - rusiyalı təhlilçi belə yazır.

Puxovun fikrincə, ilk növbədə ondan çıxış etmək lazımdır ki, müharibənin yekunları məğlub tərəfi şoka salıb ona dərin yara vursa da qalibləri də tam qane etməyib. “Əgər erməni tərəfinin revanş imkanları təsəvvür olunan perspektiv üçün üfüqdə görünmürsə belə Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində tam və yekun nəzarəti bərpa etməyə nail olacaq”, - o bildirir.

Müəllif hesab  edir ki, müharibənin nəticələri Rusiyanı da mürəkkəb vəziyyətdə qoyub. Puxovun yazdığına görə, bir çox beynəlxalq analitiklər tələsərək hərbi əməliyyatların dayandırılması razılaşmasını və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini Moskvanın qələbəsi adlandırıblar. Rusiya qoşunlarının indi hər üç Cənubi Qafqaz ölkəsində iştirakını qeyd ediblər.

“Amma belə baxışlar nəinki səthidir, eyni zamanda mahiyyətcə doğru deyil. Rusiyanın Ermənistan,Abxaziya və Cənubi Osetiyadakı bazaları ilə bağlı situasiyanı bir kənara qoyaraq qeyd etmək lazımdır ki, Rusiyanın Qarabağdakı sülhməramlı iştirakı şərtidir. Rusiya sülhməramlılarının beşillik mandatı, yəni faktiki olaraq müvəqqəti statusu uzadıla bilər, amma belə uzadılma baş versə belə asan, xüsusən də avtomatik olmayacaq. Öz müttəfiqi Ankara ilə birlikdə Bakı artıq Moskvaya regionun Azərbaycanın nəzarətinə qaytarılması üçün təzyiq göstərməyə çalışır”, - Puxov yazır.

Hələlik isə onun fikrincə, Rusiya rəhbərliyi taktiki səviyyədə yaxşı manevr edir. Moskva müharibədən sonra da Ermənistanı özünün strateji müttəfiqi olaraq saxlayıb, Azərbaycanla isə tərəfdaşlıq münasibətlərini davam etdirir. Eyni zamanda Türkiyənin Qafqazdakı iştirakını reallıq kimi qəbul edir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
Hamısı