Zəngəzur dəhlizi açıldıqda, İran qanunsuz qazanc kanallarını itirəcək

Siyasət 18:54 14.10.2021
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə İsrailin azad edilmiş Azərbaycan torpaqlarında olması ilə bağlı Tehranın Bakıya qarşı irəli sürdüyü bütün ittihamları bir daha rədd edib. Ancaq görünür, İranda hələ də ritorikanı dəyişdirməyə çalışmırlar.
 
EDNews.net xəbər verir ki, Yaxın Şərq üzrə ekspert, Dövlət İdarəçiliyi üzrə elmlər doktoru, “LLC Corporate Research and Consulting International Bureau” rəhbəri Denis Kislov Oxu.Az-a şərhində qeyd edib ki, İranın əsəbi reaksiyası Bakının Azərbaycan-İran dövlət sərhədində nəzarəti ələ alması faktı ilə izah oluna bilər: “Ermənistan-İran sərhəddinin Naxçıvana Zəngəzur dəhlizinin keçəcəyi kiçik bir hissəsi qalır. Bu, Tehranı bərk narahat edir”.
 
- Ondan başlayım ki, vəziyyətin birbaşa qarşıdurma ilə nəticələnə biləcəyi ehtimalına şübhə ilə yanaşıram. Bu, daha çox İran tərəfindən “əzələ nümayişi”dir, hansı ki, Tehranla Bakı arasındakı münasibətlərə istilik qatmır. İran sıxılmış vəziyyətdə qalıb, o, özünün regional oyunçu rolunu oynamaq istəyir. Eyni zamanda, Cənubi Qafqazda keçən ilki müharibənin nəticələrinə əsasən, kənar oyunçular mövqelərini gücləndirdilər. Rusiya onsuz da bölgədə idi, ancaq Türkiyə və İsrailin rolu artdı. Eyni zamanda, əlbəttə ki, Azərbaycanda hər hansı bir İsrail hərbçisinin və ya casusunun olmasından söhbət gedə bilməz. İran isə məhz Azərbaycanın müharibədə qalib gəlməsi və ərazilərini azad etməsi səbəbindən kənarda qaldı.
 
- Bəs İran niyə şimaldan gələn sionizm təhlükəsindən danışır?
 
- Tehran sionizm haqqında hay-küy salanda bu həm daxili məsələdir, həm də ərəb-İslam cəbhəsində bir oyundur. Təl-Əviv müdafiə sahəsində Bakı ilə çox sıx əməkdaşlıq edir və bu Tehranı qıcıqlandırır. Bundan əlavə, İsrail artıq ərəb ölkələri ilə əməkdaşlıq edir, ərəb ölkələri arasında İsrailin geosiyasi zonası formalaşır. Söhbət “Avraam sazişi”ndən gedir. Tehran İsrailin yalnız Yaxın Şərqdə deyil, həm də Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla şimal və şərqdə dost və müttəfiq əlaqələrini formalaşdıracağından qorxur. İran İslam Respublikasının buna qarşı çıxacaq heç bir şeyi yoxdur. Bundan əlavə, İran qorxur ki, İsrail sayəsində ABŞ-ın Azərbaycandakı rolu arta bilər.
 
Amma ən vacib məqam - logistikadır, Azərbaycanın əsas hissəsindən Naxçıvana qədər olan Zəngəzur dəhlizidir. İran həqiqətən də onun açılmasını istəmir, Ermənistan-İran sərhədinin bağlanmasından qorxur. O zaman İran qazanc kanallarını, o cümlədən qanunsuz və “boz” olanları itirəcək.
 
İranın vəzifəsi Bakını Zəngəzur dəhlizindən imtina etməyə “inandırmaq” idi. Tehran Rusiyanı öz tərəfinə çəkmək istəyir, lakin Moskva artıq ona dəstək verməkdən imtina edib. Beləliklə, İran va-bank oynadı və belə görünür ki, bu uğursuz oldu. Amma İrandan bəzi təxribatlar davam edəcək.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı