Ermənistanda Azərbaycan dilinin tədrisinə BAŞLANILDI - ednews.net

5 Dekabr,

Ermənistanda Azərbaycan dilinin tədrisinə BAŞLANILDI

Siyasət A- A A+

Ermənistanda Azərbaycan dilini tədris edən mərkəzlər fəaliyyət göstərməyə başlayıb.

EDNews.net xəbər verir ki, onlardan biri sentyabrda açılmış “ALC Azerbaijani Language Centre” adlnadır.

Mərkəzin yaradıcısı 20 yaşlı Aram Poladyan erməni gənclərini Azərbaycan dilini öyrənməyə çağırıb.

“Güclü dövlət, güclü ordu yaratmaq istəyiriksə, düşmənin dilini də bilməliyik. Bu bizim təhlükəsizliyimiz üçün önəmlidir”.

“ALC Azerbaijani Language Centre” “Smart Armenia” təşkilatı ilə birgə ilk mərhələdə 20 tələbə qəbul edib. 8 aylıq kurslardan sonra onlar Azərbaycan dilində sərbəst yaza və danışa biləcəklər. Yerevan Dövlət Universitetin bir qrup linqvist-professoru isə mərkəz üçün Azərbaycan dilində dərsliklər hazırlayıb.

Aram Poladyan kursu bitirəcək gənclərin gələcəkdə Ermənistan Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Müdafiı Nazirliyinin müvafiq şöbələrinə, Azərbaycan mediasını monitorinq edən, material toplayan mərkəzlərdə işə cəlb olunacağını əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...