Putin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün hansı xəritələrdən bəhs edir?

Siyasət 13:45 24.10.2021

Rusiya prezidenti Vladimir Putin Valday forumunda çıxış edərkən bildirib ki, Rusiya tərəfinin iştirakı olmadan Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti tam nizamlamaq mümkün deyil. Onun sözlərinə görə, keçmiş SSRİ respublikaları arasındakı sərhədlərin qeyd olunduğu inzibati-siyasi xəritələr hazırda Rusiya ordusunun Baş qərargahında saxlanılır.

«Hər iki tərəf həmin xəritələrə əsaslanaraq sakitcə əyləşib qarşılıqlı kompromislər tələb edən bəzi şeyləri müzakirə edə, nəyisə hardasa düzəldə, nəyisə mübadilə edə bilər… Yalnız bu cür mümkündür - hər iki tərəf qəbul etməli və fayda qarşılıqlı olmalıdır», - Putin deyib.

Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi – Ermənistan - Azərbaycan sərhədlərin qarşılıqlı tanınması yolunda açar, iki ölkə arasındakı münaqişəni tənzimləməyə və Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimad yaratmağa imkan verən əsas şərtdir. Beynəlxalq hüquq və ərazilərin bütövlüyü prinsipləri nöqteyi-nəzərindən, Cənubi Qafqazın iki respublikası arasında Sovet sərhədlərinin bərpası - obyektiv və irəliyə doğru addımdır.

EDNews.net xəbər verir ki, haqqin.az bu mövzu ilə bağlı texnika elmləri doktoru, professor Məqsəd Qocamanovla söhbətləşib. Məqsəd Qocamanov Azərbaycanın ilk peşəkar geodezisti və kartoqrafı, BDU-nin kartoqrafiya və geodeziya kafedrasının müdiridir. O, Rusiya prezidentinin Valday forumunda bəhs etdiyi xəritələri yaxşı bilir.

Professor Məqsəd Qocamanov

- Söhbət hansı xəritələrdən gedir?

- Rusiya prezidenti Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyasının Sovet topoqrafik xəritələrinin surətlərinə əsaslanaraq həyata keçirilməsini təklif edir. Delimitasiya - məntəqə və obyektlərin qeyd olunması, demarkasiya isə onların həmin ərazilərdə markalanması, nişanlanmasıdır.

Sovet İttifaqında müttəfiq respublikalar arasındakı sərhədlərin əks olunduğu xəritələr SSRİ Nazirlər Sovetinin nəzdindəki Baş geodeziya və kartoqrafiya idarəsinin (SSRİ NS nəzdində BGKİ) sərəncamında idi.

Respublikaların sərhədlərindəki bütün dəyişikliklər yaşayış məntəqələrinin, çay, dağ və digər obyektlərin adları qeyd olunmaqla məhz BGKİ-də təsdiqlənir, razılaşdırılmış dəyişikliklər BGKİ-nin növbətçi xəritəsinə daxil edilirdi. Bundan sonra respublikalar dəyişikliklərin qeyd olunduğu növbətçi xəritənin nüsxəsini alırdılar. O cümlədən, Azərbaycan SSR və Ermənistan SSR də sərhədlərin razılaşdırılmış dəyişikliklərinin əks olunduğu xəritənin nüsxəsini alıb. Prinsipcə, Bakı və Yerevan üçüncü tərəfin iştirakı olmadan da demarkasiya və delimitasiyanı apara bilər. Ancaq demarkasiya və delimitasiya proseslərini Azərbaycandan ərazi qoparmaq məqsədilə ləngidən Ermənistanın xoş olmayan niyyətləri səbəbindən prezident Putin neytral tərəfin nümayəndəsi kimi çıxış edərək Rusiya Silahlı qüvvələrinin Baş qərargahında saxlanılan topoqrafik xəritələrdən yararlanmaq təklifini verib. Yeri gəlmişkən, BGKİ dövrünün xəritələri hazırda Roskartoqrafiyanın xəritə anbarlarında saxlanılır.

- Sizin fikrinizcə, Ermənistanın bizim ərazimizin bir hissəsinə iddia etmək üçün hansısa əl yeri varmı?

- Azərbaycan SSR-in sərhədlərinin işarələnməsi ilə bağlı heç kəs bizi aldada bilməz. Bununla belə, çox vacibdir ki, demarkasiya və delimitasiya prosesində Azərbaycanın təcrübəli kartoqrafları da iştirak etsin. Bizim komissiyamız var, oraya “Geodeziya və kartoqrafiya” MMC-nin ekspertləri, ARDNŞ-in ekspertləri və digərləri daxildir. Putinin bəhs etdiyi və Azərbaycan SSR-in sərhədlərinin qeyd olunduğu xəritələrin nüsxələri əvvəllər Dövlət torpaq və kartoqrafiya komitəsində, sonralar isə Ekologiya və təbii sərvətlər nazirliyinin nəzdindəki “Geodeziya və kartoqrafiya” MMC-də saxlanılırdı.

- Ancaq Putin Rusiya ordusunun Baş qərargahının xəritələrindən danışır. SSRİ-nin siyasi-inzibati ərazi bölgüsünün hərbi və mülki xəritələri arasında hansı fərqlər var?

- SSRİ respublikalarının xarici və daxili sərhədlərinin əks olunduğu hərbi və siyasi xəritələr arasında prinsipial fərq yoxdur. Hərbi xəritələr də elə BGKİ-nin həmin xəritələridir, sadəcə orada müdafiə və hərbi əməliyyatların təşkilində maraq kəsb edən yerüstü obyektlər göstərilir. 19 50-60-cı illərdə kartoqrafiya və geodeziya praktik olaraq SSRİ hərbi idarəsinin təsir dairəsində idi. Peşəkar kartoqrafların hamısı hərbçi idi, paqon daşıyırdı, sahə özü isə məxfi idi. Rusiyada indi də hərbi topoqrafiya institutları var. SSRİ-də BGKİ və Hərbi-topoqrafik xidmət xəritələrdəki dəyişiklikləri həmişə razılaşdırırdılar. Yeri gəlmişkən, dünyanın bütün ölkələrinin hərbi idarələrində geodeziya və kartoqrafiya xidməti mövcuddur. Sovet dövründə Qazax rayonunda və Bakıda keçmiş “Spartak” stadionunun yaxınlığında hərbi-topoqrafik hissələr yerləşirdi. SSRİ dağılanda Qazaxdakı hissədən hərbi xəritələri Bakıdakı xəritə anbarına köçürdülər.

- Bu xəritələrlə sərhədi nə dərəcədə dəqiq müəyyən etmək olar? Axı Azərbaycan ərazisinin bir hissəsi 30 ilə yaxın müddətdə erməni işğalında olub…

- Mülki xəritələrdə miqyasdan asılı olaraq üfüqi müstəvidə yerləşən bütün obyektlər əksini tapıb. Bu xəritələr hansısa bir sahədəki təsvirlərə üstünlük vermir. Deyək ki, əsasən nəqliyyat şəbəkəsini, yaxud meşə ehtiyatlarını təsvir edən xəritələr var. Yəni, Putinin söylədiyi xəritələrlə sərhədi dəqiq və obyektiv müəyyən etmək olur. Ermənilər fəza sahəsinə malik obyektlərlə, məsələn, dağlar və təpələrlə spekulyasiya edərək ərazinin bir hissəsini öz tərəflərinə çəkməyə çalışa bilərlər, ancaq bizim mütəxəssislərimiz səthin üfüqi və maili ölçmələrdəki fiziki fərqlərini hesablamağı bacarırlar. Yəni, ermənilər bizim ərazilərimizdən bir kvadrat metr belə qopara bilməyəcəklər. Azərbaycanla Ermənistan arasındakı sərhədi daha dəqiqliklə miqyası 1:10000 olan xəritə ilə müəyyənləşdirmək olar. Buna heç bir şübhə olmamalıdır.

Vladimir Putin

- Ancaq Putin Rusiya ordusunun Baş qərargahının xəritələrindən danışır. SSRİ-nin siyasi-inzibati ərazi bölgüsünün hərbi və mülki xəritələri arasında hansı fərqlər var?

- SSRİ respublikalarının xarici və daxili sərhədlərinin əks olunduğu hərbi və siyasi xəritələr arasında prinsipial fərq yoxdur. Hərbi xəritələr də elə BGKİ-nin həmin xəritələridir, sadəcə orada müdafiə və hərbi əməliyyatların təşkilində maraq kəsb edən yerüstü obyektlər göstərilir. 19 50-60-cı illərdə kartoqrafiya və geodeziya praktik olaraq SSRİ hərbi idarəsinin təsir dairəsində idi. Peşəkar kartoqrafların hamısı hərbçi idi, paqon daşıyırdı, sahə özü isə məxfi idi. Rusiyada indi də hərbi topoqrafiya institutları var. SSRİ-də BGKİ və Hərbi-topoqrafik xidmət xəritələrdəki dəyişiklikləri həmişə razılaşdırırdılar. Yeri gəlmişkən, dünyanın bütün ölkələrinin hərbi idarələrində geodeziya və kartoqrafiya xidməti mövcuddur. Sovet dövründə Qazax rayonunda və Bakıda keçmiş “Spartak” stadionunun yaxınlığında hərbi-topoqrafik hissələr yerləşirdi. SSRİ dağılanda Qazaxdakı hissədən hərbi xəritələri Bakıdakı xəritə anbarına köçürdülər.

- Bu xəritələrlə sərhədi nə dərəcədə dəqiq müəyyən etmək olar? Axı Azərbaycan ərazisinin bir hissəsi 30 ilə yaxın müddətdə erməni işğalında olub…

- Mülki xəritələrdə miqyasdan asılı olaraq üfqi müstəvidə yerləşən bütün obyektlər əksini tapıb. Bu xəritələr hansısa bir sahədəki təsvirlərə üstünlük vermir. Deyək ki, əsasən nəqliyyat şəbəkəsini, yaxud meşə ehtiyatlarını təsvir edən xəritələr var. Yəni, Putinin söylədiyi xəritələrlə sərhədi dəqiq və obyektiv müəyyən etmək olur. Ermənilər fəza sahəsinə malik obyektlərlə, məsələn, dağlar və təpələrlə spekulyasiya edərək ərazinin bir hissəsini öz tərəflərinə çəkməyə çalışa bilərlər, ancaq bizim mütəxəssislərimiz səthin üfqi və maili ölçmələrdəki fiziki fərqlərini hesablamağı bacarırlar. Yəni, ermənilər bizim ərazilərimizdən bir kvadrat metr belə qopara bilməyəcəklər. Azərbaycanla Ermənistan arasındakı sərhədi daha dəqiqliklə miqyası 1:10000 olan xəritə ilə müəyyənləşdirmək olar. Buna heç bir şübhə olmamalıdır.

Sovet vaxtının hərbi xəritələri

- Ermənilər Azərbaycan ərazilərinin onlara verilməsi təklifi ilə BGKİ-yə tez-tez müraciət edirdilər?

- Te-tez. Onlar həmçinin öz ərazilərindəki bütün türk toponimlərini erməni adları ilə əvəzləmək istəyirdilər. Yeri gəlmişkən, ermənilər heç vaxt onlara məxsus olmamış torpaqlarda saysız-hesabsız “tiqranokertlər” uydurmaqda mahir ustadırlar. Sovet dövründə erməni məmurlar tez-tez BGKİ-yə yaşayış məntəqələrinin, göllərin, çayların adlarını öz sözlərinə dəyişdirmək üçün axmaq təkliflərlə müraciətlər edirdilər… Və mütəmadi olaraq yeni “tarixi xəritələrlə” Moskva idarələrinin kandarını kəsdirirdilər. Həmin xəritələrdə isə bizim torpaqlarımız “Ermənistanın tarixi əraziləri” kimi təqdim olunurdu. Deməliyik ki, BGKİ coğrafi adlarda istənilən dəyişikliklərə neqativ yanaşırdı, çünki dağ, çay, göllərin toponimləri Sovet dövlət-təsərrüfat sənədlərində əksini tapırdı. Düzdür, Yerevan toponimlərin dəyişdirilməsində nələrəsə nail ola bilirdi…

O ki qaldı Azərbaycanla sərhədlərə, tarxi faktları dəyişdirmək ermənilərə xas olan adətdir. Sovet dövründə onlar guya ki qədim Ermənistanın tamamilə şübhəli və böyük ehtialla saxtalaşdırılmış xəritəsini haradansa çıxararaq mövcud sərhədlərin dəyişdirilməsi xahişi ilə dövlət orqanlarına müraciət edirdilər. Bunun hazırda nəyə gətirib çıxardığı hamıya bəllidir.

Yeri gəlmişkən, biz erməni və rus mənbələrinin əsasında Ermənistanın hidronimlərinin (su obyektlərinin - çay, göl və s. adları) xəritəsini tərtib etmişik. Beləliklə, 1930-40-cı illərdə hidronimlərin 90 faizi türk mənşəli idi.

- Bəs bolşeviklər Azərbaycan-Ermənistan sərhədini hansı xəritələrlə müəyyənləşdirmişdilər? ADR-in xəritəsində sərhəd Göyçə gölünün ortasından keçirdi…

- Ümumiyyətlə, Cənubi Qafqazın xəritəsi Rusiyanın Persiya üzərində qələbəsindən sonra yaradılıb. Rus çarı 1837-ci ildə Azərbaycana ekspedisiya yollayır və beləliklə, mövcud obyektlərin yerləşmə zonaları, onların Qara dənizdən Xəzərə qədər parametləri göstərilən sənədlər hazırlanır. Rusiya imperiyasının dağılmasından sonra Azərbaycan Respublikasının sahəsi rəsmən 120 min kv. km. olur. Bildiyiniz kimi, siyasi oyunların nəticəsində ərazimiz 86,6 min kv. km.-ə qədər azalır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Bizi xaricdən izləyirmişlər -DTX əmliyyat keçirdi
13:39 08.07.2025
"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Hamısı