“Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında müəyyən sənədlərin imzalanması barədə məlumatların sızması ətrafında maraqlı vəziyyət yaranır”.
EDNews.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan yazıb.
Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, sənədlərin imzalanması gündəmi ilə dövlət başçılarının görüşü hələ planlaşdırılmayıb.
“Lakin həm sənədlərin imzalanması, həm də görüş güman edilir, məsələ yalnız imzalanmanın tarixlərində və yerindədir”, - deyə Abovyan qeyd edib.