ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Gəncəyə səfəri çərçivəsində ötən il Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbəsi endirilən əraziləri ziyarət edib.
EDNews.net-in xəbərinə görə, bu barədə ABŞ səfirliyinin "Twitter" hesabında bildirilib.
"Səfir 2020-ci ilin payız döyüşlərində həyatını itirən, o cümlədən 2020-ci ilin oktyabrında raket zərbəsi nəticəsində həlak olan Gəncə sakinlərini dərin hüznlə yad edib", - qeyd olunub.