Əgər Ermənistan 15 ədəd “Bayraktar-TB2” PUA-sını yerə endirərək zərərsizləşdiribsə...

Siyasət 19:53 28.10.2021
İ.Konovalov “Bayraktar-TB2”-nin döyüşlərdə uğurla tətbiq etməsi nəticəsində Rusiya və Donbasdakı  narahatlığı aradan qaldırmağa çalışır
 
Rusiyalı hərbi ekspert İvan Konovalovun “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində 15 ədəd “Bayraktar” PUA-larının Qarabağda yerə endirilərək zərərsizləşdirilməsinə dair verdiyi müsahibə tamamilə absurddur. Hər bir müharibədə ən bahalı aviasiya sistemləri, hətta son nəsil qırıcılar belə HHM REM sistemlərinin əks təsirinə məruz qala bilər. 
 
Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotsuz eskadrilyası Ermənistanın, o cümlədən KTMT-nin HHM sistemini yararaq, hər gün düşmənin anbarlarını, zirehli və zirehsiz vasitələrini, HHM komplekslərini və onlarını əsas elementlərini, artilleriya qurğularını, yük maşınlarını, canlı qüvvəsini vasitələrini məhv edərək Ordumuzun orta hesabla gündə 150 kv.km irəlləməsinə şərait yaradıblar. 
Əgər Ermənistan 15 ədəd “Bayraktar-TB2” PUA-sını yerə endirərək zərərsizləşdiribsə, niyə sosial şəbəkədə buna aid görüntülərə rast gəlinmir? PUA-nın HHM sistemləri ilə məhv edilməsi, PUA-nın idarəedilməsinin itirilməsi və onun yerə endirilərək zərərsizləşdirilməsi fərqli anlayışlardır. 
 
İ. Konovalovun nəzərinə çatdırmalıyam ki, onun səsləndiyi rəqəmin real “Bayraktar-Tb2” itkilərinin sayı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. İ.Konovalov sadəcə Ukraynanın “Bayraktar-TB2” əldə etməsindən qısa müddət sonra döyüşlərdə uğurla tətbiq etməsi nəticəsində Rusiya və Donbass ictimaiyyətində yaranan daxili narahatlığı aradan qaldırmaq üçün reallığa uyğun olmayan fikirlər səsləndirib. Müharibə zamanı cüzi miqdarda “Bayraktar-TB2” PUA-sının düşmən tərəfindən vurulması faktlarına rast gəlinib, onların arasında operator səhvi də mümkündür, lakin heç bir halda bu faktların pilotsuz vasitənin yerə endirilmə ilə əlaqəsi yoxdur. 15 rəqəmi isə fantastikaya aiddir. 
 
Müharibədə Ermənistan yalnız Rusiyaya məxsus HHM və REM vasitələrindən istifadə edib, amma bu işğalçını məğlubiyyətdən xilas edə bilməyib. Eyni ssenari Suriyadakı Əsəd rejiminin başına gəlib. Hər iki Müharibənin taleyində Qələbəni təmin edən əsas silah sitemləri siyahısına “Bayraktar-TB2” başçılıq etdiyini dünyanın əksər hərbi araşdırma mərkəzləri qəbul edib. Buna görə də Ukrayna Donbassda münaqişəni öz xeyrinə həll etmək üçün məhz bu PUA-ları almağa üstünlük verib. Ermənistan və Rusiya ilə eyni blokda təmsil olunan Qırğızıstan da “Bayraktar-TB2” üçün müqavilə imzalayıb. İ.Konovalovun sadaladığım faktlardan və Müharibənin Ermənistana bəxş etdiyi ağır nəticələrindən xəbəri olmaya bilməz. Sadəcə Rusiyanın siyasi arenada zəifləməsi, nüfuzdan düşən rus silahlarına marağın azalması, Azərbaycandan sonra Ukraynanın, Gürcüstanın və Orta Asiyanın Türkiyə ilə daha da yaxınlaşması, İ. Konovalovu belə absurd rəqəmlər səsləndirməyə və real faktları görməzdən gəlməyə məcbur edir. 
 
Sonda İ.Konovalova sonda 4 sualım var:
 
1.  15 ədəd “Bayraktar-TB2” PUA-larını zərərsizləşdirilməsini təsdiqləyən görüntüləri niyə təqdim etmirsiniz?
 
2. Müharibənin taleyində mühüm rol oynayan 15 ədəd PUA-nın zərərsizləşdirilməsi niyə Ermənistanı məğlubiyyətdən xilas etmədi?
 
3. 15 ədəd PUA-nı Ermənistan hansı silahla yerə endirdi?
 
4. Niyə heç bir Rusiya müttəfiqi, o cümlədən KTMT üzvləri olan ölkələr Moskvadan daha ucuz və əlçatan PUA əleyhinə silahları almağa tələsmir?
 
Ədalət Verdiyev, hərbi ekspert
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı