Müharibə bitdi, erməni əsgərlərin cəsədləri hələ də soyuduculardadır - ednews.net

27 Yanvar, Cümə axşamı

Müharibə bitdi, erməni əsgərlərin cəsədləri hələ də soyuduculardadır

Siyasət A- A A+

İkinci Qarabağ müharibəsinin başa çatmasından bir il keçməsinə baxmayaraq, Metsamor qəbiristanlığında ölüxananın soyuducularında hələ də müharibədə həlak olmuş yüzdən çox erməni əsgərinin meyiti və qalıqları qalır.

EDNews.net Virtual.az-a istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin məlumatında deyilir.

Bildirilir ki, ölənlərin meyitləri müəyyən edilib, adları saxlandıqları polietilen torbaların üzərində yazılıb. Lakin ölənlərin valideynləri və yaxınları analizlərin nəticələrinə inanmaq istəmədikləri üçün onları götürmək istəmirlər.

“Demək olar ki, bütün cəsədlərin tanınmasına və məhkəmə-tibbi ekspertizasının nəticələri barədə valideynlərə məlumat verilməsinə baxmayaraq, onlar cəsədləri götürməkdən imtina edir və bizdən başqa sübutlar gözləyir”, - deyə məhkəmə tibbi tədqiqat mərkəzinin şöbə rəisi Sergei Abqaryan bildirib.

Qeyd olunur ki, Metsamor ölüxanasında yalnız bir neçə cəsədin şəxsiyyətini müxtəlif səbəblərdən müəyyən etmək mümkün olmayıb.

Bir neçə ay əvvəl səhiyyə naziri Anahit Avanesyan bəyan etmişdi ki, meyitlər Metsamor qəbiristanlığının ölüxanasından götürülməsə, Ermənistan hökuməti ölənləri valideynlərinin razılığı olmadan dəfn edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...