Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası problemin uzunmüddətli həllinə kömək edə bilər - Rusiya XİN - ednews.net

24 Yanvar, Bazar ertəsi

Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası problemin uzunmüddətli həllinə kömək edə bilər - Rusiya XİN

Siyasət A- A A+

Rusiya Azərbaycanla və Ermənistan sərhədinin demarkasiyasına dair danışıqların başlaması üçün kömək edə bilər.

EDNews.net-in xəbərinə görə bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının ildönümü münasibəti ilə yaydığı bəyanatda deyilir.

Bəyanatda göstərilir: “10 noyabr bəyanatında çox vacib müddəa – regionda bütün iqtisadi və nəqliyyat blokadalarının açılması yer alıb. Hesab edirik ki, Azərbaycan-Ermənistan sərhədlərinin sonrakı demarkasiyası üçün delimitasiyasının aparılması problemin uzunmüddətli həllinə kömək edə bilər. Rusiya istənilən konsultativ hərəkətə, lazımi kartoqrafiya materiallarını verməyə və özünün zəngin demarkasiya təcrübəsini bölüşməyə hazırdır”.

Nazirlik daha sonra qeyd edir ki, Rusiya sərhədçiləri insidentlərin aradan qaldırılması üçün sərhədin ən problemli hissələrində xidmət aparırlar. Rusiya, Azərbaycan və Ermənistanın sərhəd qurumlarının əlaqələndirici şəxslərinin fasiləsiz informasiya mübadiləsi təmin edilib. Üçtərəfli qrupun fəaliyyəti də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üçün əsas elementlərdən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...