Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır - Ərdoğan - ednews.net

1 Dekabr, Çərşənbə

Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır - Ərdoğan

Siyasət A- A A+

“Azərbaycanın digər bölgələri ilə Naxçıvanın əlaqəsinin qurulması həyati əhəmiyyət daşıyır”.

EDNews.net xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib.

“Ticarət və qarşılıqlı sərmayələrimizi davamlı olaraq artırmalıyıq. Ticarətin sadələşdirilməsi ilə bağlı strateji sənədlərin imzalanmasına əhəmiyyət verirəm. Biz tranzit sənədlərini gündəmimizdən çıxarmalı və tranzit ödənişlərini rəqabətli səviyyəyə çatdırmalıyıq. Biz mümkün qədər qısa zamanda beynəlxalq yükdaşımalarla bağlı müqavilə imzalamalıyıq. "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi, Azərbaycanın digər bölgələrinin Naxçıvanla əlaqəsinin qurulması həyati əhəmiyyət kəsb edir”, - deyə dövlət başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...