“Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının da qapılarını açıb”.
EDNews.net-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısında çıxışında bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanın bölgənin rifahı üçün atdığı addımlar təqdirəlayiqdir: “Bu addımlar bölgədə normallaşmanı dəstəkləyəcək. Türkiyə olaraq bu prosesdə Azərbaycanın yanında olmağa davam edəcək. İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq da Azərbaycanla həmrəy olmamız böyük əhəmiyyət kəsb edir”.