Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti - ednews.net

26 Yanvar, Çərşənbə

Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti

Siyasət A- A A+

Azərbaycan, Türkmənistan və İran arasında qaz tədarükü üzrə imzalanmış müqavilə İranı regional tranzit mərkəzinə çevirə bilər.

EDNews.net-in məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi yerli televiziya kanallarına açıqlamasında deyib.

İ.Rəisinin sözlərinə görə, İran qonşu ölkələrlə tranzit və digər sahələr üzrə əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb:

“Bu sənədlərin çox böyük əhəmiyyəti var. Qonşu ölkələrlə imzalanan müqavilələr iqtisadi inkişafa kömək edə bilər”, - deyə İran prezidenti bildirib.

İ.Rəisi qeyd edib ki, İranın limanları qonşu ölkələrlə ticarət dövriyyəsində əhəmiyyət kəsb edən amildir.

Qeyd edək ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana tədarük edilməsi üzrə üçtərəfli müqavilə imzalanıb. Müqavilənin icrasına dekabrın 22-dən başlanılacaq və gündəlik 5-6 milyon kubmetr qaz tədarük ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...