XİN İslam Əməkdaşlığı Təşkilatına üzvlüyün 30-cu ildönümü münasibətilə bəyanat yayıb

Siyasət 09:23 08.12.2021

8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən EDNews.net-ə verilən məlumata görə, İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı addımlar atılıb.

1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Konfransının Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilən Azərbaycan, keçmiş sovet respublikaları arasında təşkilatın sıralarına qoşulan ilk ölkə olmuşdur. Bu illər ərzində Azərbaycan İƏT-in, habelə İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) fəal üzvü olmaqla yanaşı, İslam həmrəyliyinin gücləndirilməsinə xidmət edən yeni təşkilatların – İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyasının yaradılmasının təşəbbüskarı olub. 2006-cı ildə Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü Konfransına, 2010-cu ildə isə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısına ev sahibliyi edib. 2017-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilib və həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Azərbaycan, İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son verməklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, həm BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həm də İƏT-in qəbul etdiyi çoxsaylı qətnamələrin tələblərini yerinə yetirdi.

İƏT 44 günlük müharibə zamanı verdiyi ictimai bəyanatları ilə Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Münaqişə sonrasında İƏT-in Kontakt Qrupunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri isə bölgədəki vəziyyətlə, bu ərazilərdə uzun illər ərzində Ermənistan tərəfindən məqsədyönlü şəkildə aparılmış qeyri-qanuni fəaliyyət ilə, xüsusilə də İslam irsinə qarşı törədilmiş vandalizm aktları ilə tanış olmaq baxımından müstəsna əhəmiyyət kəsb etdi. İƏT-in beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycana verdiyi dəyərli dəstək bölgədə davamlı sülhün və əminamanlığın təmin olunmasına töhfədir.

Azərbaycan, milli maraqlarına əsaslanan xarici siyasət prioritetlərinə uyğun olaraq, bundan sonra da İƏT ilə yüksək səviyyəli və çoxşaxəli əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcək və birgə fəaliyyət nəticəsində həm üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq sülhün təmin olunmasına töhfə verəcəkdir.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Hamısı