Moskvada “altılıq platforması”nın iclası keçiriləcək - ednews.net

17 Yanvar, Bazar ertəsi

Moskvada “altılıq platforması”nın iclası keçiriləcək

Siyasət A- A A+

Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclası keçiriləcək.

EDNews.net-in xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təsis edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Moskvada keçiriləcək.

İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...