“Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq” - Türkiyənin vitse-prezidenti - ednews.net

17 Yanvar, Bazar ertəsi

“Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq” - Türkiyənin vitse-prezidenti

Siyasət A- A A+

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası ötən həftə keçirilib. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün bölgə üçün normallaşma arzusundayıq və bu yanaşmamızda tam səmimiyik”.

EDNews.net xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.

“Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olaraq ehtiyatla və Azərbaycanla yaxından təmasda olaraq gerçəkləşdiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün əhatəli əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq”, - vitse-prezident vurğulayıb.

report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...