Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb - ednews.net

17 Yanvar, Bazar ertəsi

Avropa İttifaqı Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb

Siyasət A- A A+

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

EDNews.net xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün tviterdəki hesabında yazıb.

O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb.

Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşlər üçün Azərbaycan və Ermənistanla birgə işləməyə davam edəcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...