Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Xankəndinə qanunsuz səfərinə münasibət bildirib - ednews.net

24 Yanvar, Bazar ertəsi

Ceyhun Bayramov Fransa prezidentliyinə namizədin Xankəndinə qanunsuz səfərinə münasibət bildirib

Siyasət A- A A+

“Azərbaycan ərazi bütövlüyünə hörmətsizlik edən hər bir şəxs Azərbaycanın “qara siyahısına” daxil edilir”.

EDNews.net xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərinə səfərinə münasibət bildirən nazir vurğulayıb ki, bu, Fransada gedən siyasi proseslərin tərkib hissəsidir: “Lakin başa düşməliyik ki, bu Fransa siyasətinin daxili gündəm məsələsidir”.

Nazirin sözlərinə görə, Fransa prezidentliyinə namizədlə birgə səfər edənlər də Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil ediliblər.

Qeyd edək ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib. Buna görə Azərbaycan XİN Fransaya nota verib. Eyni zamanda V.Pekrezin adı Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...