“Qorbaçov SSRİ-ni dağıtmaq üçün 20 Yanvar qırğınını törətdi” - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

“Qorbaçov SSRİ-ni dağıtmaq üçün 20 Yanvar qırğınını törətdi”

Siyasət A- A A+

“20 Yanvar qırğınının arxasında duran əsas məqsəd SSRİ-ni dağıtmaq idi”.

Bu sözləri EDNews.net- ə  politoloq Zərdüşt Əlizadə 1990-cı ildə törədilən 20 yanvar faciəsi haqqında danışarkən deyib. O, həmçinin Bakıda Sovet ordusu tərəfindən dinc nümayişçilərin və sakinlərin gülləbaran edilməsinə aparan siyasi proseslərdən söz açıb.

 “20 Yanvar qırğınına aparan siyasi prosesləri iki əsas xətt birləşdirirdi. Burada əsas SSRİ-nin Birinci katibi Mixayil Qarbaçovun Sovet İttifaqını dağıtmaq məqsədi idi. Qorbaçov və onun komandası yaxşı bilirdi ki, xalqlararası münaqişlər yaratmaq və xalqlara qarşı qırğınlar törətmək SSRİ-nin dağılmasına və məhv olmasına aparacaq. Ona görə də Moskva bilərəkdən Bakıda provokasiya xarakterli hadisələr törətməklə ordunu bura göndərdi. Ordu da mərkəzin əmrini icra edib dinc əhalinin qanını axıtdı. Bu da Azərbaycan xalqında geniş miqyaslı nifrət oyatdı”.

Sonda politoloq digər səbəblər  haqqında belə mülahizə edib:

“Kommunist hökumətinin rəsmiləri Bakıda provokasiyaların və təxribatların baş verməsinə şərait yaratdı. Həmin şəxslər, hətta Dövlət Təhlükəsizlik Komitəsinin Xalq Cəbhəsində yerləşdirdikləri casuslardan bu qırğının törəldilməsi üçün səmərəli şəkildə istifadə etdilər. 20 Yanvar gecəsi xalqı aldadıb sovet ordusunun tankları və zirehli texnikasının qarşısına çıxartdılar. Nəticədə xalq qırğına verildi. Siyasi məqsədlər üçün günahsız xalqın qanı axıldı. Sonradan isə bu faciə xalqın tarixində mühüm hadisə və qəhramanlıq simponiyası kimi qaldı”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...