“İnsanları tankların qarşısına çıxaran şəxslər də məsuliyyət daşımalıdırlar” Komunist Partiyasının sədrindən İTTİHAM

Təəssüf ki, Azərbaycan xalqının qanına əli batmış şəxslər cəzasız qalıblar

Siyasət 15:30 20.01.2022

“1990-cı ilin yanvar ayında Azərbaycana kənardan qoşun yeridilməsinə ehtiyac yox idi”.

Bu sözləri EDNews-a Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov bildirib.

Söhbət zamanı Rauf Qurbanov 20 Yanvar faciəsinə aparan siyasi proseslər və onun nəticələri barədə söz açıb. O hesab edib ki, 1990-cı ilin yanvarın 20-də Bakıda Sovet ordusu tərəfindən dinc əhalinin gülləbaran edilməsində Qərbin böyük dəstəyi olub.

“İlk öncə onu qeyd edim ki, 20 Yanvar faciəsi Azərbaycan tarixində qanlı səhifələrdən biridir. Həmin gün o vaxtki xain SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusu Azərbaycan xalqına amansızca divan tutdu. Yüzlərcə günahsız insan həlak oldu. Bunu heç vaxt unutmaq olmaz. O ki qaldı bu faciənin siyasi tərəflərinə, onu deyim ki, 20 Yanvar məqsədyönlü şəkildə qurulmuş bir siyasi oyun idi. Bu oyunun ssenarisi okeanın o tayında hazırlanaraq, Qarbaçov hakimiyyəti tərəfindən həyata keçirildi. Bu oyunun qurbanları isə siyasətlə məşğul olmayan sadə insanlar idi”.

Partiya lideri həmçinin 20 Yanvar faciəsinə bənzər baş verən digər hadisələrin baş verməsindən danışaraq, onların adını bir-bir sadalayıb:

“ Bənzər faciələr 1986-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində, 1989-cu ildə Gürcüstan, Özbəkistan və Qırğızıstanda da baş verib. Bütün bu siyasi hadisələr SSRİ-ni parçalamaq üçün qurulmuş oyunlar idi”.

Rauf Qurbanov hesab edir ki, Azərbaycanda o zaman baş vermiş təxribatların qarşısının alınması üçün şəhərə kənardan ordunun yeridilməsinə ehtiyac yox idi.

“ Bunun üçün Azərbaycanda yerləşdirilmiş daxili qoşunların və polis qüvvələrinin ölkədə baş verən təxribatların qarşısını almaq və vəziyyəti nəzarətdə saxlamaq imkanları var idi. Əgər vaxtında ciddi tədbirlər görülsəydi, 20 Yanvar faciəsi baş verməzdi”.

Rauf Qurbanov, həmçinin 20 Yanvar faciəsində günahkar şəxslərin hələ də cəzasız qaldığından təəssüfləndiyini bildirib.

“Çox təəssüf ki, bu qətliamın törədilməsində günahı olan şəxslər hələ də cinayət məsuliyyətinə cəlb olunmayıb. Azərbaycan xalqının qanına əli batmış Qarbaçovla yanaşı həmin gecə insanları tankların qarşısına çıxaran şəxslər də məsuliyyət daşımalıdırlar. Heç kəs özbaşına meydanlara çıxmamışdır”.

Yunis Abdullayev

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
Hamısı