Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi tənqidi fikirlərə sərt reaksiya verərək istefa verəcəyini bildirib.
Ramiz Mehdiyev və Kərim Şükürov arasında yaşanan bu qalmaqal barədə EDNews AMEA-nın vitse-prezidenti İsa Həbibbəylidən eksklüziv açıqlama alıb. Deputat açıqlamasında bildirib ki, o, hazırda özü də Kərim Şükürovu axtarır.
"Mən də hazırda Kərim müəllimi (Şükürov) axtarıram. Onunla görüşüb, baş verənlər haqqında müzakirə aparmaq, söhbətləşmək istəyirəm. Lakin Kərim müəllimi tapa bilmirəm. Hazırda Tarix İnsitutunda iclas keçirilir, lakin iclası Kərim müəllim yox, başqa bir şəxs aparır. Dəfələrlə onun mobil nömrəsinə zəng vursam da zənglərimə cavab ala bilmirəm", - deyə AMEA - nın vitse-prezidenti bildirib.
Kərim Şükürovun istefasının AMEA rəhbəri Ramiz Mehdiyevin necə qarşıladığı və onun AMEA-dakı gələcəyi ilə bağlı suala isə İ.Həbibbəyli belə cavab verib:
"Doğrusu, mən hələlik Ramiz müəlimlə bu barədə danışmamışam. Kərim Şükürovun AMEA-dakı gələcəyi isə onun mövqeyindən asılıdır. Hər halda ilkin olaraq mən onunla görüşmək və bu barədə danışmaq istəyirəm".
Nicat İsmayılov