"Azərbaycan hökuməti iqtisadi diversifikasiyanı prioritetləşdirir, özəl sektorun və sahibkarlığın inkişafına böyük önəm verir. Son illər ərzində çox böyük irəliləyişlər əldə olunub. Buna baxmayaraq, kiçik və orta sahibkarlıq pandemiya nəticəsində təkcə Azərbaycanda deyil, bütün dünyada çox çətin dövrdən keçmiş oldu".
Ednews xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək" və "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihələrinin yekunları ilə bağlı tədbirdə çıxış edərkən Aİ-nin Azərbaycandakı nümayəndəsi Peter Mixalko deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, hökumət tərəfindən sözügedən sahəyə göstərilən iqtisadi dəstək yüksək qiymətləndirilir.