Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə yola düşür.
Nazirlikdən Ednews-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin Bursa şəhərində 30-31 mart tarixində keçiriləcək Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TURSKOY) növbəti iclasında iştirak, həmçinin bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur.