“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam olaraq əməl edir”.
Ednews “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.
“Burada Azərbaycana qarşı bir hücum olduğundan müdafiə xarakterli cavab da olub. Əsas olan Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarından tamamilə çıxarılmasını təmin etməkdir”, - deyə Ərdoğan söyləyib.