“Dağıstan-Azərbaycan sərhədində 10 min azərbaycanlı sərhəddə qalıb və ölkəyə qayıda bilmirlər. 1 aya yaxındır bu məsələ haqqında məlumatlar olsa da həllini hələ də tapmayıb”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Deputat Rusiya-Azərbaycan sərhədində qalan vətəndaşlarımızın ölkəmizə qayıtması məsələsinin həllinin vacibliyinə diqqət çəkib:
“Ötən iclasda həmkarım Qüdrət Həsənquliyev də həmin insanların konstitusion hüquqlarının pozulduğunu qeyd etmişdi. Ümidvaram ki, Azərbaycana qayıtmaq istəyən 10 minə yaxın vətəndaşımızın problemi yaxın vaxtda öz həllini tapacaq”.
Vüsalə Balayeva