Milli məclisin növbəti iclasında dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə ediləcək - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

Milli məclisin növbəti iclasında dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə ediləcək

Siyasət A- A A+
“Mən hələ tam dəqiq deyə bilmərəm ki, Hesablama Palatası tam müstəqil fəaliyyət göstərir. Ancaq müəyyən məsələlərdə şəffaflıq var”.
 
Ednews xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.
 
O xatırladıb ki, Hesablama Palatası nəzarət orqanıdır:
 
“Palata 44 audit yoxlaması aparıb. Eyni məsələləri Hesablama Palatası mənfi hal kimi göstərir. Siz desəniz də, deməsiniz də biz burada problemləri görürük. Pozuntular bu gün də davam edir. Özü də daha pis formada. Biz may ayında dövlət büdcəsinin icrasına baxacağıq”.
 
“Hesab edirəm ki, Palata dövlət büdcəsinin icrası ilə bağlı məsələlərə ildə üç-dörd dəfə baxmalıdır. Bununla bağlı biz “Hesablama Palatası haqqında” qanuna dəyişiklik də edə bilərik. May ayında isə Milli Məclis büdcənin icrasına baxanda Hesablama Palatası pozuntularla bağlı heç nə edə bilməyəcək. Çünki bu vəsaitlər artıq xərclənib”, - deputat əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...