“Azərbaycanda elə bir ailə olmaz ki, bank borcları onu əzməsin”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Tahir Kərimli səsləndirib.
“Ərəb ölkələrini çıxmaqla, müsəlman ölkələrində faizlər çox yüksəkdir. Üstəlik, onların çoxu kasıb ölkələrdir. Halbuki, İslamda faiz, sələm günah kimi qəbul olunur. Mərkəzi Banka yeni rəhbər təyin olunub. Olarmı ki, biz faiz dərəcələrini aşağı endirək. Cərimələri ləğv edək? Azərbaycan əhalisi bundan çox əziyyət çəkir”.
Vüsalə Balayeva