“Vallahi-billahi peşə təhsili alanların işlə təmin olunmasına ehtiyac yoxdur. Şirkətlər özləri işə adam götürmək üçün peşə liseylərinə gəlib yalvarırlar”.
Ednews xəbər verir ki, bu fikirləri millət vəkili Rüfət Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
Deputat nümunə kimi Lənkəranda yerləşən peşə liseyini misal göstərib:
“Səhv etmirəmsə, 25 ixtisas üzrə orda mütəxəssis hazırlanır. Bir yerə oxumaq üçün 6-7 nəfər namizədliyini irəli sürür. Düşünürəm ki, peşə təhsili alan şəxslərin əmək bazarında tələb olunan peşə qabiliyyəti olacaqsa, o işlə təmin olunacaq”.
Vüsalə Balayeva