Zelenski döyüşlərdə fərqlənən azərbaycanlı hərbçiləri TƏLTİF ETDİ - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Zelenski döyüşlərdə fərqlənən azərbaycanlı hərbçiləri TƏLTİF ETDİ

Siyasət A- A A+

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə ölkəsində gedən müharibədə fərqlənən bir sıra hərbçiləri təltif edib. Onların arasında azərbaycanlılar da var.

Ednews xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Ukrayna Ali Baş Komandanının sərəncamına əsasən, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Abdulqafarov Ukraynanın “İgidliyə görə” ordeni ilə təltif olunub. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Xatırladaq ki, Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...