Qarabağı itirən ermənilərin qorxusu “Qərbi Zəngəzuru itirəcəyik…”

Siyasət 15:53 17.05.2022
Ermənistanda son zamanlar kütləvi nümayişlər təşkil edən radikal və revanşist müxalif liderləri Azərbaycana qarşı təhdiddolu açıqlamalar verməkdə davam edirlər. 
 
Beləki, erməni müxalifəti “Mənim Şərəfim” fraksiyasının lideri Artur Vanetsyan paytaxt İrəvanın Fransa meydanında keçirilmiş aksiyada erməni xalqını yeni müharibəyə səsləyib.
 
Müharibənin yeganə xilas yolu olduğunu deyən erməni revanşisti sülh müqaviləsinin Ermənistana heç bir divident gətirməyəcəyini və məğlub olub Qarabağdan sonra Zəngəzuru da Azərbaycana təhvil verəcəyini bildirib.   
 
Əlbəttə, təkcə Vanetsyan yox, həmçinin İşxaq Saqetelyan, Serj Sarkisyan və Robert Köçəryan kimi millətçi ünsürlər Paşinyanı devirib hakimiyyətə gəldikləri təqdirdə Azərbaycan və Türkiyə ilə aparılan danışıqları dayandıracaq və regionda sabitliyi yenidən təhlükə altına ataraq növbəti müharibəyə hazırlıq işlərini görəcəklər. 
 
Məsələ ilə bağlı Ednews –a açıqlama verən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov radikal erməni müxalifətinin arzularının Ermənistanı yalnız fəlakətə sürüklədiyini və ölkənin bundan xilas ola bilməcəyini qeyd edib.
 Zaur Məmmədov: Ölkəmizdə qapanmalara gedilib-gedilməməsi vətəndaşların  məsuliyyətindən və qaydalara necə yanaşmasından asılıdır - AZƏRTAC
 
“Əgər erməni cəmiyyəti Artur Vanetsyanın fikirlərini bölüşürsə, o zaman buyurub Paşinyan hökumətini devirə bilərlər. Bu zaman müharibəni labüd sayan Köçəryan, Vanetsyan, Saqitelyan və Sarkisyan kimi ünsürlərdən ibarət hökumət formalaşacaqdır. Onlar Azərbaycanla problemlərin yeganə həllini hərbi əməliyyatların aparılmasında görürlər. Əslində Vanetsyanın dedikləri Köçəryanın və Sarkisyanın fikirləridir. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, Robert Köçəryan, Serj Sarkisyan və İşxaq Saqetelyan bundan əvvəlki çıxışlarında Azərbaycan və Türkiyə ilə danışıqların aparılmasının tərəfdarı olduqlarını bildiriblər, lakin Paşinyanın apardığı siyasət üsulu ilə yox. Vanetsyan isə açıq şəkildə revanşist fikirlərini ifadə edir”. 
 
Politoloq hesab edir ki, Ermənistan daxilində baş verən hazırki proseslər Azərbaycanı ayıq-sayıq olmağa vadar edir. Hətta o, qeyd edib ki, qonşu ölkədə baş verənlər bir yandan ölkəmizin lehinə olan hadisələrdir. 
 
“Biz başa düşürük ki, erməni cəmiyyətində bir çoxları, hətta erməni lobbisi belə revanşistdirlər və özlərini türk düşməni sayırlar. Bu da yaxın gələcəkdə növbəti müharibənin baş verəcəyi ehtimalını göstərir. Köçəryan, Vanetsyan, Sarkisyan və digər millətçi ünsürlər başa düşməlidirlər ki, növbəti müharibə Azərbaycan ərazisində yox, tarixi torpaqlarımız Ermənistan ərazisində aparılacaqdır. Azərbaycan ordusu Qərbi Zəngəzuru və Göyçəni geri alacaq. Ermənistan dövləti tərəfindən yenidən təhdid müşahidə olunarsa, ölkəmizin müstəqiliyyini və təhlükəsizliyini tarixi torpaqlarımızda möhkəmləndərəcəyik. Buna nail olacağımızda ermənilərin heç bir şübhəsi olmasın”. 
 
Sovet Rusiyası tərəfindən Qərbi Zəngəzurun Ermənistana qanunsuz verildiyini bildirən politoloq vurğulayıb ki, rəsmi İrəvan vaxt gələcək 20 000 kvadrat ərazinin hesabatını verməyə məcbur olacaq. 
 
“Biz ermənilərə ağıllarını başlarına yığmaq üçün son şans veririk. Ərazi iddialarından əl çəksinlər və Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Əgər Köçəryan və Vanetsyan kimiləri ölkəmizin sərhədlərini tanımayacaqlarsa, heç bir  problem yoxdur, biz də Qərbi Zəngəzuru Ermənistanın ərazisi kimi tanımayacağıq”.
 
Yunis Abdullayev 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı