Azərbaycan və Pakistan parlament sədrlərinin görüşü olub

Siyasət 16:16 17.05.2022

Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Milli Assambleyasının sədri ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəflə görüşüb.

Bu barədə Ednews-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat evrilib.

Spiker Sahibə Qafarova qeyd edib ki, ortaq dini və mədəni dəyərlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm bazasını təşkil edir. Gələn ay Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində münasibətlərimiz uğurlu inkişaf yolu keçib.

Azərbaycan və Pakistanın beynəlxalq və regional təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran spiker Sahibə Qafarova bildirib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərarası əlaqələrin inkişafına töhfələr verir. Bu gün qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. O, ötən il Pakistan İslam Respublikasına səfərini, həmçinin Azərbaycan, Türkiyə və Pakistan spikerlərinin Bakıda keçirilən Birinci Üçtərəfli görüşünü məmnunluqla xatırladaraq, qeyd edib ki, bu tədbirlər və görüşlər ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərdən və münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verən Milli Məclisin sədri xüsusilə qeyd edib ki, istər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın dövr, istərsə də Vətən müharibəsi dövründə Pakistan daim Azərbaycana dəstək verərək, qardaşlıq örnəyi nümayiş etdirmişdir. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işləri həyata keçirir.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf göstərilən yüksək qonaqpərvərliyə və tədbirdə iştiraka dəvətə görə minnətdarlığını bildirib. O, Azərbaycanın Pakistan üçün etibarlı dost və qardaş ölkə olduğunu, ölkəmizlə münasibətlərin inkişafına daim xüsusi önəm verdiklərini qeyd edib. O, Milli Assambleyanın sədri kimi, ilk səfərini Azərbaycana etdiyini, ölkəmizin surətli inkişafının təqdir olunduğunu, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu diqqətə çatdırıb.

Raca Pərviz Əşrəf İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Milli Məclisinə təbrikini ifadə edib.

O, parlament diplomatiyasının beynəlxalq münasibətlərdə mühüm rolunu qeyd edərək, Pakistan Milli Assambleyasının Azərbaycan Milli Məclisi ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirib, ikitərəfli əməkdaşlıq və beynəlxalq təşkilatlarda birgə fəaliyyətin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Hamısı