Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi

Siyasət A- A A+
Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
Ednews xəbər verir ki, təbrikdə deyilir:
 
"Zati-aliləri.
 
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına səmimi təbriklərimi çatdırıram.
 
Diplomatik münasibətlərimizin qurulmasından ötən 30 il ərzində ölkələrimiz müxtəlif sahələrdə dostluğa əsaslanan tərəfdaşlıq münasibətləri qurmuşdur. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf etdiriləcəyinə, mövcud dostluğun daha da möhkəmləndiriləcəyinə əminəm.
 
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...