Milli Məclis informasiyanın mühafizəsinə dair qanuna dəyişikliyi qəbul etdi - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Milli Məclis informasiyanın mühafizəsinə dair qanuna dəyişikliyi qəbul etdi

Siyasət A- A A+
Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir.
 
Ednews xəbər verir ki, bu, parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
 
Dəyişikliklə qanuna yeni fəsil əlavə edilir. Layihədə kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının hüquqi əsasları müəyyən olunur.
 
Qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...