“Zəngilana, Şuşaya həyat qayıdır” - İlham Əliyev - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

“Zəngilana, Şuşaya həyat qayıdır” - İlham Əliyev

Siyasət A- A A+

“Biz bundan sonra müzəffər xalq kimi yaşayacağıq”.  

Ednews
xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında deyib.   

Prezident bildirib ki, biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.  

“Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək” – deyə dövlət başçısı bildirib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...