Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.