“Pakistan və Azərbaycan minaların təmizlənməsi sahəsində əməkdaşlığı müzakirə edir”.
Ednews xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Kəlbəcərə səfərində deyib.
"Pakistan artıq minaların təmizlənməsi üzrə məsələlərlə bağlı Azərbaycan hökuməti ilə təmasdadır. Pakistanlı istehkamçılar və digər mütəxəssislər bu prosesdə Azərbaycana kömək etmək üçün Qarabağa gələcək", - səfir deyib.