Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində oldu - FOTOLAR - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində oldu - FOTOLAR

Siyasət A- A A+

İyunun 7-də Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə “Milli təhlükəsizlik və müharibə kursu”nun dinləyicilərini qəbul edib.

Bu barədə Ednews-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti və dinləyicilərə Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...