Çavuşoğlu Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Çavuşoğlu Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Siyasət A- A A+

“Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”.

Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

“Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük”, - XİN başçısı qeyd edib.

Qeyd edək ki, bu gün Türkiyənin paytaxtı Ankarada Türkiyə və Rusiya XİN başçıları arasında görüş olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...