“Bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub”.
Ednews xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Ukraynadakı səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb.
Vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüb. Digər gəmidə qalan vətəndaşlarımız barədə səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır” – deyə XİN rəsmisi bildirib.