Ukraynanın sabiq birinci xanımı Azərbaycana təşəkkür etdi - ednews.net

29 İyun, Çərşənbə

(+994 50) 229-39-11

Ukraynanın sabiq birinci xanımı Azərbaycana təşəkkür etdi

Siyasət A- A A+

“Biz göndərilən hərbi dəstəyə görə təşəkkür edirik. Amma bizim daha çox silaha, hərbi yardıma ehtiyacımız var”.

Ednews xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib. Onun sözlərinə görə, bu, mövcudluq, yaşamaq məsələsidir:

“Biz bilirik ki, bir qarış torpaqdan imtina etmək nə ilə nəticələnəcək, oradakı insanlar öldürüləcək. Biz dünyanı inandırmalıyıq ki, hərbi dəstəyə ehtiyacımız var”.

O deyib ki, bu qeyri-qanuni müharibə ərzaq təhlükəsizliyini, qlobal düzəni təhdid edir:

“Biz silah istəyirik, bilirik ki, silahların göndərilməsi zaman alacaq, amma bu sürətli edilməlidir”.

Ukraynanın sabiq birinci xanımı Azərbaycana da təşəkkür edib:

“Ukrayna xalqı adından Azərbaycan hökumətinə, xalqına bizə verdiyiniz dəstək üçün təşəkkür edirəm. Sizin Ukraynaya verdiyiniz humanitar yardım və yanacağı yüksək qiymətləndiririk. Hökumətimiz, xalqımız və mediamız Azərbaycanın qətiyyətli dəstəyinin fərqindədir və bunu qiymətləndirir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...