Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə ortaq layihələrin icrası təklif edilir

Siyasət A- A A+

Azərbaycanla Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurası ilə birgə layihələrin icrası müzakirə edilib.

Bu barədə Ednews-a Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində - AZPROMO-da görüş keçiriblər.

Görüş zamanı ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, AZPROMO-nun bu istiqamətində gördüyü işlər, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...