“Ağır sosial-iqtisadi yükünə baxmayaraq Azərbaycan bir milyona yaxın qaçqın və məcburi köçkünün ehtiyaclarını yerinə yetirmək üçün bütün lazımi tədbirləri həyata keçirilib”.
Ednews xəbər verir ki, bu fikirləri parlamentin spikeri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
Spiker qeyd edib ki, 44 günlük müharibədəki qələbə nəticəsində qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq hüququ təmin olunub:
“Azərbaycan bu gün dinamik daxili miqrasiya prosesinin astanasındadır. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası üçün görülən tədbirlər Qarabağ və Şərqi Zəngəzuru turizm, investisiyalar üçün cəlbedici məkana çevirib”.