Ağ Ev ABŞ kəşfiyyatının məlumatlarını əsas gətirərək Rusiya-Ukrayna müharibəsini qızışdıraraq bu həddə gətirib çıxardı. Hazırda Yunanıstanda da Türkiyəyə basqılar edilməsi üçün hərbi bazalar yaradılır. Bu gün ABŞ kəşfiyyatının adı ilə Vaşinqton özünün bipolyar siyasətini yeritmək üçün fəaliyyətə keçib. Təəssüflər olsun ki, bu siyasət özünü doğruldur.
Amerika kəşfiyyatının İranın yaxın həftələrdə nüvə silahı əldə edəcəyi barədə verdiyi proqnozunu da elə ABŞ-ın yeni bir oyunu olduğu hesab etmək olar. Cünki Ukrayna Rusiya müharibəsində kəşfiyyat üzərindən oynadığı oyunlar öz bəhrəsini verdiyi ücün bölgəmizdə qarmaqarışıqlıq salmaq üçün rəsmi Vaşinqton bu varianta əl ataraq region üzərində də eyni ssenarini tətbiq etmək istəyir. Lakin qeyd etmək lazımdır ki, İran illərdir ki, nüvə silahını əldə etmək üçün yollar axtarır və bu niyyətini də heç kimdən gizlətmir.
Xatırladaq ki, Tramp 2018-ci ilin mayında nüvə anlaşmasını ləğv edərkən belə İran hökuməti ABŞ-ın razılaşmadan çıxdığını əsas gətirərək uranı zənginləşdirməyə başladı. Bu da onu göstərir ki, İran Amerikadan özünü qorumaq üçün nüvə silahı hazırlayır. Bu gün rəsmi Tehran bu barədə açıqlama verməsə də, İranda nüvə silahının hazırlanması bütün dünyaya məlumdur.
Müzakirələrin əsas predmeti isə bir məsələdir: İran hansı vəziyyətdə nüvə silahından istifadə etmək istəyir?!
Əslində bu sualın cavabı çox bəsitdir- ABŞ heç bir dövlətin işinə qarışmadığı və bu ölkələrə təhlükə yaratmadığı halda İran nüvə silahına əl atmayacaq.
ABŞ Rusiya ilə də eyni vəziyyəti yaşayır. Amerika Prezidenti dəfələrlə çıxışlarında Rusiyanın nüvə silahından istifadə edəcəyini bildirir. Rəsmi Moskva isə buna cavab olaraq zəruri təhlükə anında bu yola da əl atacağı haqqında açıq mesajlar verir.
Görünən mənzərə isə demək olar ki, eynidir. Əgər İran ABŞ və ya digər qüvvə tərəfindən şantaj olunarsa və ya hansısa təhlükə yaşanarsa İran da nüvə silahı variantından istifadə etməyə məcbur qalacaq. Elə bu səbəbdən də İran və digər sərhəd dövlətləri bu oyunun bir parçasına çevrilməmək üçün regiondakı inkişafa güc goyub birlikdə yürüməli olduglarını yaxşı bilirlər.
Lakin onu da qeyd etməliyik ki, İran Azərbaycanla müqayisədə Ermənistanla daha isti münasibətlərə sahibdir. Lakin son zamanlarda rəsmi Tehran da Azərbaycanın daxil olduğu layihələrdə iştirak etməsələr, ölkələrinin vəziyyəti daha pis olacağını başa düşür.
Ona görə də, İran Ermənistana dəstək verməsinə baxmayaraq, Azərbaycanla bir masaya oturub. Rəsmi Bakı və Ankara ilə regionda gedən proseslərdə birgə iştirak etmək niyyəti artıq İran siyasətində müsbət hal kimi qiymətləndirilir.
Hazırki situasiyada isə İranın nüvə silahını qabardaraq, bunun regional təhdidə çevriləcəyi isə mümükünsüg görünür. Bu sadəcə, İranın özünü ABŞ-dan qorumaq üçün verdiyi ismarıclardır.