“Ermənistan delimitasiya komissiyasının ikinci iclasında iştiraka hazır olduğunu təsdiqləyib” - Sergey Lavrov - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

“Ermənistan delimitasiya komissiyasının ikinci iclasında iştiraka hazır olduğunu təsdiqləyib” - Sergey Lavrov

Siyasət A- A A+

Ermənistan tərəfi sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın ikinci görüşündə iştiraka hazır olduğunu təsdiq edib.

Ednews-un məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Bir neçə həftə bundan öncə İrəvanda Ermənistan Baş naziri və XİN başçısı ilə danışıqlar apardığını xatırladan Sergey Lavrov ikinci görüşün Moskvada keçirilməsi barədə razılıq əldə olunduğunu vurğulayıb:

“Biz indi hər iki tərəfə uyğun olacaq tarixin seçilməsi ilə məşğuluq. Mən tərəflərin heç birinin bu işdə fikrindən dönməsi ilə bağlı siqnalı görməmişəm. Əksinə, İrəvanda da, bugünkü danışıqlarda da indiki mərhələdə bütün səylərdən delimitasiyanın vacib komponent olduğunun təsdiqini aldım”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...