Füzulidə silah-sursat aşkar edildi - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Füzulidə silah-sursat aşkar edildi

Siyasət A- A A+

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ednews-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.

Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...