Venesuela parlamenti ilə əlaqələr üzrə işçi qrupuna sədr seçilib.
Ednews xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə layihə bu gün parlamentdə müzakirəyə çıxarılıb.
Layihəni parlamentə təqdim edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Venesuela ilə dostluq qrupunun yaradılması müsbət haldır.
Layihəyə əsasən, millət vəkili Tamam Cəfərovanın Venesuela ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.
Layihə səs çoxluğu ilə qəbul olunub.