İlqar Məmmədovun müraciətinə partiya sədrlərindən REAKSİYA “400 min seçicinin parlamentdə təmsilçisi yoxdur”

Siyasət 16:35 30.06.2022
“Milli Məclisdə boş qalan yerlərə yenidən seçkilər keçirilməlidir”. 
 
Bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı  bildirib. Parlamentdə heç bir təmsilçisi olmayan partiya rəhbəri bu barədə Ednews-a danışarkən deyib ki, Milli Məclisin boş qalan 7 dairəsində seçkilərin keçirilməsi zəruridir. Partiya liderinin sözlərinə görə, tezliklə seçkilərin keçirilməsi məsələsinə yenidən baxılmalıdır. 
 
“Azərbaycan konstitusiyasına görə, Milli Məclisda 125 mandat var. Amma hazırda parlamentdə 118 deputat təmsil olunur. Bir sıra səbəblər üzündən 7 seçki dairəsinin seçicilərini Milli Məclisdə təmsil edən yoxdur. Bu isə hardasa 400 min civarında seçici deməkdir. Qanunvericlik aktları və qanunlar tələb edir ki, həmin seçicilər öz təmsilçilərini seçməli və öz fikirləri ifadə etməlidirlər. Təəssüf ki, boş qalan seçki dairələrində seçkilərin keçirilməsi ilə bağlı qərar verilmir”.  
 
T.Abbaslı qeyd edib ki, seçkilər keçirildiyi təqdirdə onun partiyası orada iştirak etməkdə qərarlı olacaq. 
 
“Siyasi partiyaların yaranmasının əsas məqsədi hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlmək üçün isə mütləq seçkilərdə iştirak etməlisən. Seçkilərdən kənar partiyaların hakimiyyətə gəlmək imkanları yoxdur. Ağ partiya olaraq maraqlarımıza uyğun bütün seçkilərdə iştirak etmək niyyətindəyik. Partiyamız hər zaman istər sosial mediada, istərsə görüşlərdə boş qalan seçki dairələrinə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb”. 
 
Müsavat partiyasının sədri Arif Hacılı məsələyə fərqli münasibət bildirərək, bütün dairələrində yenidən seçkilərin keçirilməsini, islahatların aparılmasını və demokratik qaydaların tətbiq edilməsini təklif edib.
 
Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevin bildirib ki, Xətai rayonunda iki seçki dairəsinin parlamentdə təmsilçisi yoxdur.
 
“Həmin dairələrdə qeydiyyatda olan vətəndaşların maraqlarını təmsil edən və onların problemlərini dinləyən millət vəkilinə ehtiyac var. Buna görə də parlamentin boş qalan yerlərinə mütləq seçkilər keçirilməlidir .  O ki, qaldı parlamentin yenidən formalaşmasına, partiyamız bu məsələ ilə bağlı təkliflərini konfranslarda və mətbuatda səsləndirib. Azərbaycanda siyasi rəqabətin doğru-dürüst olması üçün parlament seçkilərin proposional və majoritar seçki sistemi çərçivəsində keçirilməsi daha məqbul olardı”. 
 
Fərəc Quliyev partiyasının bütün seçkilərdə iştirak etmək marağında olduğunu bildirib. 
 
“Əgər Milli Məclisin boş qalan yerlərinə seçkilər keçirilərsə, biz həmin seçkilərdə iştirak edəcəyik. Həmin seçkilərdə nəyə nail olacağımız yalnız seçicilərin iradəsindən aslıdır. Güclü olduğumuz təqdirdə qalib gələcəyik, yox əgər rəqibiz güclüdürsə, o, qalib gələcək. Əsas odur ki, həmin dairələrdə seçkilər keçirilsin”. 
 
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə də boş qalan dairələrdə seçkilərin keçirilməsinin lazım olduğunu bildirib. Onun sözlərinə görə, partiyası həmin dairələrdə namizədlərini irəli sürməyə hazırdır. 
 
Qeyd edək ki, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Vəlizadə Prezident İlham Əliyevə müraciət edərək parlamentin boş qalan yerlərinə yenidən seçkilərin keçirilməsini təklif edib.
 
Yunis Abdullayev
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Hamısı