"4000-ə yaxın azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməlidir" - İlham Əliyev - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

"4000-ə yaxın azərbaycanlının taleyinə Ermənistan aydınlıq gətirməlidir" - İlham Əliyev

Siyasət A- A A+
“İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan genişmiqyaslı mina problemi ilə üzləşib. Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməlidir”.  
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə telefon danışığında bildirib.  
 
Prezident İlham Əliyev həmçinin Ş.Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu da ifadə edib.  

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...