Prezident Azərbaycan-Qırğızıstan hava əlaqəsi haqda Sazişi təsdiqlədi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Prezident Azərbaycan-Qırğızıstan hava əlaqəsi haqda Sazişi təsdiqlədi

Siyasət A- A A+
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib. 
 
Ednews xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb. 
 
Tərəflər bu sazişi öz dövlətlərinin müvafiq əraziləri arasında hava əlaqəsini yaratmaq məqsədilə razılığa gələrək imzalayıblar.
 
Bu saziş razılığa gələn tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı tarixdən qüvvəyə minir. 
 
Saziş qeyri-müəyyən müddətə bağlanılıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...