"Ağ Partiya sözçüsü olaraq, bildirirəm ki, son günlərdə media orqanlarında AMİP lideri Etibar Məmmədovun rəhbərliyi altında koalisiya yaradılacağı barədə xəbərlər dərc olunur".
Ednews xəbər verir ki, bu sözləri "Ağ Partiya"-nın sözçüsü Cavanşir Abbaslı öz facebook hesabında paylaşıb.
O, hə"Adları çəkilən partiyalar sırasında Ağ Partiya"-nın da adı çəkilir. Bəyan edirəm ki, bu barədə nə partiyamıza müraciət olunub, nə də bu məsələ partiyada müzakirə edilib. Ağ Partiyanın kiminsə liderliyi altında hər hansı bir birliyə qoşulmaq fikri olmayıb, olmayacaq da...Partiyamızın lideri də, başqanı da məlumdur",- deyə paylaşımda bildirib.
Cavanşir Abbaslı birləşmək istəyənlərin Ağ Partiya lideri ətrafında cəmləşə biləcəklərini və qapılarının hər zaman onlara açıq olduğunu vurğulayıb.