Qazaxıstan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu pisləyib.
Ednews xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Bu il avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar diplomatik nümayəndəliklərə və onların şəxsi heyətinə qarşı hər hansı zorakılığı yolverilməz hesab edirik.